Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcək

Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcək Hanif Atmar səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək
Daxili siyasət
25 May , 2016 17:00
Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Azərbaycana səfər edəcək

Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanın milli təhlükəsizlik üzrə müşaviri Hanif Atmar Azərbaycana səfər edəcək. 

Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfər gələn həftə Azərbaycan hökumətinin dəvəti ilə həyata keçiriləcək. 

H.Atmar səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və mühüm regional məsələləri müzakirə edəcək. 

Son xəbərlər

Orphus sistemi