Yuxarı

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə yeni rəis təyin edilib - EKSKLÜZİV

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə yeni rəis təyin edilib - EKSKLÜZİV
Ədliyyə Nazirliyində yeni təyinat olub
© Report

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Ədliyyə Nazirliyində yeni təyinat olub.

"Report"un məlumatına görə, Zahir Əlizadə nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə rəis təyin edilib.

O, indiyədək mərkəzin rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Nazirliyin mətbuat xidməti faktı "Report"a təsdiqləyib.

Qeyd edək ki, mərkəzin əvvəlki rəisi Mehdi Səlimzadə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi