Ədliyyə nazirinin müavini: "Vəkilliklə bağlı Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq"

Ədliyyə nazirinin müavini: "Vəkilliklə bağlı Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq" Bakı. 15 noyabr. REPORT.AZ/ Belə bir müdrik kəlam var: Ədalət olmayan ölkədə vəkillər də yoxdur. Vəkillərin fəaliyyəti qanunun aliliyinə, insan hüquqlarının təmin edilməsinə xidmət edir. Onların müstəqil və azad şəkildə fəaliyyəti məhz bu məsələlərlə əlaqədardır.
Daxili siyasət
15 Noyabr , 2018 10:11
Ədliyyə nazirinin müavini: Vəkilliklə bağlı Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq
Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 15 noyabr. REPORT.AZ/ "Belə bir müdrik kəlam var: "Ədalət olmayan ölkədə vəkillər də yoxdur". Vəkillərin fəaliyyəti qanunun aliliyinə, insan hüquqlarının təmin edilməsinə xidmət edir. Onların müstəqil və azad şəkildə fəaliyyəti məhz bu məsələlərlə əlaqədardır".

"Report"un xəbərinə görə, bunu Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov Bakıda "Vəkillərin rolu və müstəqiliyi: müqayisəli perspektivlər" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda vəkillik fəaliyyəti dövlətin diqqət mərkəzindədir: "Bu sahəni tənzimləyən qanunvericilik daim təkmilləşdirilir. Vəkillik institunun gücləndirilməsi, müstəqilliyinin təmin edilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması, Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması, vəkillərin peşəkarlığının və göstərdikləri hüquqi yardımın səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülür. Bir müddət öncə Prezident İlham Əliyevin ölkədə vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamına əsasən, Vəkillər Kollegiyasının maddi-texniki təminatı daha da yaxşılaşdırılıb, hüquqi yardım artırılıb və digər tədbirlər həyata keçirilib. Bu sahədə Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnunluq duyuruq".

A.Cəfərov vurğulayıb ki, vəkilliyin inkişafı, cəmiyyətdə rolu və nüfuzunun artırılması prosesi davam etdirilir, lakin bu proses yalnız təşkilati, institusional tədbirlərlə deyil, daim peşəkarlığın yüksəldilməsi ilə müşahidə olunmalıdır.

Son xəbərlər

Orphus sistemi