Ədliyyə naziri Göygöldə üç rayonun vətəndaşları ilə görüşüb

Ədliyyə naziri Göygöldə üç rayonun vətəndaşları ilə görüşüb Görüşdə Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşlar iştirak edib
Daxili siyasət
22 Avqust , 2016 18:12
Ədliyyə naziri Göygöldə üç rayonun vətəndaşları ilə görüşüb

Bakı. 22 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən "Report"a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 22-də ədliyyə naziri Fikrət Məmmədov Göygöl rayonu Heydər Əliyev Mərkəzində Göygöl, Samux və Goranboy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri Göygöldə yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı dövlət başçısının tələblərini diqqətə çatdırıb, amnistiya qərarının və cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı edilmiş yeni dəyişikliklərdən irəli gələn vəzifələrin vaxtında və dürüst icrasının təmin olunması üzrə və digər aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi