Yuxarı

Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri tam elektronlaşdırılacaq

Əcnəbi və vətəndaşlığı olmayanlara iş icazələri elektronlaşdırılacaq

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərə iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulur. 

"Report" xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələri verilməsi sisteminin tam elektronlaşdırılması nəzərdə tutulub.

Bununla bağlı Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi