DSMF sədri Salyanda sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşəcək

DSMF sədri Salyanda sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşəcək Qəbulda Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər
Daxili siyasət
9 Mart , 2016 20:55
DSMF sədri Salyanda sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşəcək

Bakı. 9 mart. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Salyan rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, görüş martın 16-da saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirəcək.

Qəbuda Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edə bilərlər.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Salyan rayon şöbəsində (02125) 5-50-61

Şirvan şəhərinin şöbəsində (02121) 5-10-22

Haciqabul rayon şöbəsində (02120) 4-41-31

Neftçala rayon şöbəsində (02126) 3-34-00

Biləsuvar rayon şöbəsində (02529)5-00-22

Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi