Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət qurumlarından daxil olan müraciətlərin sayı açıqlanıb

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət qurumlarından daxil olan müraciətlərin sayı açıqlanıb Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət qurumlarından daxil olan müraciətlərin sayı açıqlanıb.
Daxili siyasət
15 Yanvar , 2019 10:35
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət qurumlarından daxil olan müraciətlərin sayı açıqlanıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 15 yanvar. REPORT.AZ/ Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dövlət qurumlarından daxil olan müraciətlərin sayı açıqlanıb.

“Report”un xəbərinə görə, idarə rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Baş İdarə ilə Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib.

Onun sözlərinə görə, 2018-ci il ərzində Ədliyyə Nazirliyindən 13, Dövlət Təhlükəsizliyi Xidmətindən 12, Daxili İşlər Nazirliyi 4, Səhiyyə Nazirliyindən 4, Təhsil Nazirliyindən 5, Dövlət Gömrük Komitəsindən 17, Vergilər Nazirliyindən 7, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 21, Qida Təhlükəsizliyi Agentliyindən 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 6, məhkəmələrdən isə 22 material Baş İdarəyə daxil olmaqla araşdırma aparılıb, nəticədə 43 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi