Yuxarı

Dövlət qulluğunda pensiya almaq hüququna malik olmayanlara müavinətin təyinatı qaydasına dəyişiklik edilib

Dövlət qulluğunda pensiya almaq hüququna malik olmayanlara müavinətin təyinatı qaydasına dəyişiklik edilib

Bakı. 18iyul. REPORT.AZ/ Nazirlər Kabineti "Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın təsdiq edilməsi haqqında” 4 fevral tarixli 7 nömrəli qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən qərarın adında, preambulasında və 1-ci hissədə "qulluğunda xidmət illərinin minimum həddinə" sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına" sözləri ilə əvəz edilib.

Həmin qərarla təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası” üzrə:

2.1. adında və 1-ci hissədə (hər iki halda) “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz olunub. Habelə 2.2. 2-ci hissədə “qulluğunda xidmət illərinin minimum həddinə (5 il)” sözləri “qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəzlənib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi