Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.
Daxili siyasət
19 Mart , 2019 17:48
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı artırılıb

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalayıb.

Mərkəzin ilkin nizamnamə fondu 1 000 000 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

Bununla yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin sayı cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 ştat vahidi müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi