Yuxarı

Dövlət Komitəsi sədrinə yeni köməkçi təyin edilib

Dövlət Komitəsi sədrinə yeni köməkçi təyin edilib
© Report

Bakı. 30 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yeni köməkçi təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Nərimanov Nəsimi Rafiq oğlu Dövlət Komitəsi sədrinin köməkçisi təyin edilib.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Əkbər Əkbərov bir müddət əvvəl işdən çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi