Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə təsdiqlənib

Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə təsdiqlənib Bununla bağlı sənədi komitənin sədri Aydın Əlyev imzalayıb
Daxili siyasət
31 Avqust , 2017 18:06
Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə təsdiqlənib

Bakı. 31 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsi haqqında Əsasnamə” təsdiq edilib.

“Report”un xəbərinə görə, bununla bağlı sənədi komitənin sədri Aydın Əlyev imzalayıb.

Sənədə əsasən, DGK-nin Hüquqi təminat şöbəsi komitənin aparatının müstəqil struktur bölməsidir.

Şöbə fəaliyyətini komitənin aparatının, onun sisteminə daxil olan gömrük orqanlarının və qurumlarının struktur bölmələri, hüquq mühafizə və digər dövlət qurumları, habelə yerli özünüidarə orqanları ilə əlaqəli həyata keçirir.

Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. gömrük işi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir;

2. Komitənin gömrük işi sahəsində normayaratma fəaliyyətini təmin edir;

3. Komitənin hüquqi təminatını və normativ hüquqi aktlarının layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirir;

4. qanunvericiliklə müəyyən olunmuş digər istiqamətlərdə fəaliyyət göstərir.

Şöbə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

1. gömrük işi sahəsində dövlət siyasətinin istiqamət və prinsiplərinin müəyyən edilməsi ilə bağlı təkliflər vermək;

2. gömrük işi sahəsində dövlət siyasətinin və idarəetmənin həyata keçirilməsi ilə bağlı Komitənin aparatının, onun sisteminə daxil olan gömrük orqanlarının və qurumlarının fəaliyyətinə dair icrası məcburi olan qərar, əmr və sərəncamların verilməsi üzrə təkliflər vermək;

3. normativ hüquqi aktların layihələrinin məcburi hüquqi ekspertizasını həyata keçirmək;

4. gömrük işi sahəsində müvafiq dövlət proqramlarının layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

5. gömrük işi sahəsində Komitənin normayaratma fəaliyyətini təmin etmək və bununla bağlı müvafiq işləri həyata keçirmək;

6. Komitənin fəaliyyətini tənzimləyən qüvvədə olan qanunverciliyin yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflər hazırlamaq;

7. Komitənin aparatının müvafiq struktur bölmələrindən, onun sisteminə daxil olan gömrük orqanlarından və qurumlardan, o cümlədən dövlət orqanlarından daxil olan layihələrə rəy və təkliflər vermək;

8. Komitə rəhbərliyinin tapşırığına əsasən gömrük orqanlarının fəaliyyətini tənzimləyən hüquqi aktların layihələrini hazırlamaq, eləcə də onların hazırlanmasında mütləq qaydada iştirak etmək;

9. gömrük qanunvericiliyinin tətbiqi ilə bağlı Komitənin müvafiq struktur bölmələrinin müraciətlərinə baxmaq və qanunvericilik çərçivəsində izahlar vermək;

10. gömrük qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Komitənin aparatının müvafiq struktur bölmələrindən, onun sisteminə daxil olan gömrük orqanlarından və qurumlardan daxil olmuş təklifləri ümumiləşdirib Komitə rəhbərliyinə təqdim etmək;

11. Komitə tərəfindən hazırlanan hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğu barədə hüquqi rəylər vermək;

12. Komitənin hüquqi aktlarının Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün müvafiq qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etmək;

13. Komitə rəhbərliyinə imzalanmaq üçün təqdim edilmiş əmr, sərəncam və digər aktların layihələrinin qanunvericilik aktlarına uyğunluğu barədə rəy vermək;

14. Komitə sistemində hüquqi işlərə rəhbərliyi həyata keçirmək;

15. gömrük işi sahəsində hüquqi maarifləndirmə işinin aparılmasında iştirak etmək;

16. məhkəmələrdə mübahisəli məsələlər üzrə iddialara baxılarkən Komitənin maraqlarını müdafiə etmək;

17. məhkəmələrdə baxılan işləri təhlil etmək, ümumiləşdirmək, bu məsələlər barədə Komitə rəhbərliyinə məruzə etmək üçün arayışlar, xülasələr və digər analitik materiallar hazırlamaq;

18. Komitənin vəzifəli şəxslərinin və tabeliyində olan qurumların işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər və kurslar keçirmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təsiri üçün keçirilən tədbirlərdə iştirak etmək;

19. gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi biliklərinin artırılması proqramını işləyib hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;

20. qanunvericiliyə uyğun olaraq şöbənin fəaliyyət istiqamətlərinə aid olan dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin görülməsi üzrə təkliflər hazırlamaq;

21. Şöbənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxmaq və daxil olmuş sorğulara vaxtında cavab vermək;

22. Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq Komitənin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

1. fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Komitənin aparatının müvafiq struktur bölmələrinə, onun sisteminə daxil olan gömrük orqanlarına və qurumlarına zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3. gömrük işinin inkişaf proseslərini nəzərə almaqla Komitə rəhbərliyi qarşısında gömrük qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmək;

4. Komitənin aparatının, onun strukturuna daxil olan gömrük orqanlarının və tabeliyində olan digər qurumların, həmçinin Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi məqsədi ilə təkliflər hazırlamaq;

5. şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

6. müvafiq sahədə Komitənin vəzifəli şəxslərinin və tabeliliyində olan qurumların işçilərinin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək;

7. vəzifələrinin icrası ilə əlaqədar Komitənin əsasnaməsində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Son xəbərlər

Orphus sistemi