Dövlət əhəmiyyətli elektrik rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaq

Dövlət əhəmiyyətli elektrik rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaq Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslər maddədən çıxarılıb
Daxili siyasət
26 Dekabr , 2015 09:22
Dövlət əhəmiyyətli elektrik rabitə xətlərindəki qəzaların aradan qaldırılmasına maneçilik törədənlər sərt cəzalandırılacaq

Bakı. 26 dekabr. REPORT.AZ/ Dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzaların aradan qaldırılmasına maneçilik törədənlər 1 000 manat məbləğində cərimə ediləcək. "Report" xəbər verir ki, bu, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsinin 365-ci maddəsində öz əksini tapıb.

Qeyd olunur ki, dövlət əhəmiyyətli elektrik rabitə xətlərində baş vermiş qəzanın aradan qaldırılmasına qəzanın baş verdiyi yerin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən maneçilik törədilməsinə görə fiziki şəxslər 300 (hazırda 25 AZN-dən 35 AZN-dək), vəzifəli şəxslər isə 1 000 (hazırda 70 AZN-dən 90 AZN-dək) məbləğində cərimə ediləcək.

Xatırladaq ki, əvvəlki İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslərin də cəzalandırılması nəzərdə tutulurdu. Lakin yeni hazırlanan qanunda hüquqi şəxslər maddədən çıxarılıb. 

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hazırda layihə formasındadır. Bu layihə qəbul olunarsa, 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi