Dövlət büdcəsinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair tədbirlər planında dəyişiklik edilib

Dövlət büdcəsinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair tədbirlər planında dəyişiklik edilib ​Bu addım, “İşsizlikdən sığorta haqqında” qanununun tətbiqi üzrə müvafiq fərmanın icrasını təmin etmək məqsədi atılıb
Daxili siyasət
11 Yanvar , 2018 06:49
Dövlət büdcəsinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair tədbirlər planında dəyişiklik edilib

Bakı. 11 yanvar. REPORT.AZ/ “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda dəyişikliklər edilib.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Bu addım, “İşsizlikdən sığorta haqqında” qanununun tətbiqi üzrə müvafiq fərmanın icrasını təmin etmək məqsədi atılıb.

Dəyişikliklər aşağıdakı kimidir:

1. I bölmənin adında “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin.

2. “Tədbirlərin məzmunu” sütunu üzrə: 2.1. 1-ci hissədə “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənd üzrə:

2.2.1. birinci abzasda “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə, “göstəricilərin proqnozları” sözləri “göstəricilər” sözü ilə əvəz edilsin;

2.2.2. üçüncü abzasda “və sosial sığorta ayırmaları” sözləri “, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ayırmalar” sözləri ilə əvəz edilsin;

2.3. 1.2-ci bənddə “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələri” sözləri ilə əvəz edilsin;

2.4. 1.3-cü bənd üzrə:

2.4.1. birinci abzasda “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələri” sözləri ilə əvəz edilsin;

2.4.2. “a”, “c” və “e” abzasları aşağıdakı redaksiyada verilsin: “a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun daxilolma mənbələri üzrə faktiki, gözlənilən və ilkin proqnoz gəlirləri barədə müqayisəli məlumatlar; c) məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə sığortaedənlərin borcları barədə məlumatlar; e) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun (xərclərin funksional, iqtisadi və inzibati təsnifatlar üzrə tərkibi göstərilməklə) faktiki, gözlənilən və ilkin proqnoz xərcləri barədə müqayisəli məlumatlar;”;

2.5. 1.4-cü və 1.5-ci bəndlərdə “Fondunun” sözü “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin;

2.6. 4.1-ci bəndin “a” abzası aşağıdakı redaksiyada verilsin: “a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin icrası üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir;”;

2.7. 4.3-cü bənddə “Fondunun və onun şəhər, rayon şöbələrinin xüsusi kodlu” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun xəzinə” sözləri ilə əvəz edilsin və həmin bəndə ismin müvafiq hallarında “rayon şöbələri” sözlərindən sonra “ismin müvafiq hallarında “Dövlət Məşğulluq Xidmətinin yerli şöbələri” sözləri əlavə edilsin.

3. “Əhatə olunan dövr” sütunu üzrə 1.3-cü bəndin “a” abzasında “Keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən” sözləri “Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün” sözləri ilə əvəz edilsin.

4. 1.1-ci bəndin ikinci abzası ləğv edilsin.

5. 1.3-cü bəndin “b”, “d” və “ə” abzasları ləğv edilsin.

6. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir

Son xəbərlər

Orphus sistemi