Dövlət büdcəsindən maliyyələşən təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirməsi qaydası açıqlanıb

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirməsi qaydası açıqlanıb Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib.
Daxili siyasət
30 Dekabr , 2019 14:20
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətlərini rəsmiləşdirməsi qaydası açıqlanıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib.

Bu barədə "Report"a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

"Dövlət büdcəsindən maliyyələşən (maliyyə yardımı alan) təşkilatların nəzərinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2019-cu il tarixli, 514 nömrəli Qərarının 3.2-ci bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən (o cümlədən, maliyyə yardımı alan) təşkilatların ştatdankənar işçiləri ilə əmək münasibətləri əvvəlki illərdə olduğu kimi, 01 yanvar 2020-ci ildən də müddətli əmək müqaviləsi və ya müddəti bəlli olan konkret layihələrin, proqramların yerinə yetirilməsi ilə bağlı isə mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilə bilər", - izahda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi