Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli müəyyənləşib - SİYAHI

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli müəyyənləşib - SİYAHI Qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir
Daxili siyasət
9 Mart , 2016 18:07
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli müəyyənləşib - SİYAHI

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar qəbul edib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minir.

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli müəyyənləşib:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 116
2 121
3 126
4 132
5 138
6 144
7 151
8 158
9 165
10 172
11 179
12 187
13 196
14 210
15 228
16 267
17 360
18 486
19 750

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli isə belədir:

Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı (manatla)
1 145
2 152
3 159
4 166
5 173
6 180
7 188
8 196
9 206
10 218
11 230
12 242
13 254
14 278
15 304
16 352
17 450
18 576
19 795

Son xəbərlər

Orphus sistemi