Dövlət başçısı: "Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir"

Dövlət başçısı: "Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir" Bakı. 28 may. REPORT.AZ/ Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir.
Daxili siyasət
28 May , 2018 14:46
Dövlət başçısı: Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir

Bakı. 28 may. REPORT.AZ/ "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı deyib ki, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilir: "Məhz Azərbaycanın təşəbbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sahəsində dənizlər nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası, şimal-cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəminiz uzunmüddətli inkişaf strategiyası təmin olunub".

Ölkəmizin dünyada multikultiralizmin mərkəzlərindən biri kimi tanındığını, Azərbaycanın dünyanın idman ölkəsinə çevrildiyini, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. 

"Cümhuriyyətin qurucuları bunu görsə idilər onlar da ölkəmizlə fəxr edərdilər" deyən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan xalqının taleyi öz əlindədir: "Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbayacn bir daha onu göstərdi ki, müstəqilliyimiz ən böyük sərvətimizdir, ən büyük xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir".

Son xəbərlər

Orphus sistemi