DMX yanında ictimai Şuranın sədri: “Azərbaycandan miqrasiya axını daha çox Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələrinədir”

DMX yanında ictimai Şuranın sədri: “Azərbaycandan miqrasiya axını daha çox Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələrinədir” “Azərbaycanda reydlər zamanı ay ərzində 2000-2500 civarında qanunsuz miqrantlar aşkarlanır”
Daxili siyasət
19 Dekabr , 2016 13:25
DMX yanında ictimai Şuranın sədri: “Azərbaycandan miqrasiya axını daha çox Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələrinədir”
Bakı. 19 dekabr. REPORT.AZ/ “Son iki ildə Avropa İttifaqı ölkələrindən Azərbaycana qaytarılan qeyri-qanuni miqrantların sayı təqribən 450 nəfərdən bir qədər artıqdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

O bildirib ki, 2016-cı il ərzində ölkə ərazisindən başqa ölkələrə gedənlərin sayı 2500 civarında olub: “Azərbaycana gəlib, daimi əsaslarla yaşamaq istəyənlərin sayı isə daha çoxdur. Bu səbəbdən, 2008-ci ildən Azərbaycanın miqrasya saldosu müsbətdir. 2016-cı ildə 30 minə qədər miqrant qeydiyyata düşüb, onlar Azərbaycanda əmək fəaliyyəti ilə məşğuldurlar. Azərbaycanda qaçqın statusu almaq istəyənlər əsasən Əfqanıstan, Rusiya, Çeçenistan və müəyyən qədər İrandandır. Sığınacaq axtaran şəxslərin sayı təxminən 1300-ə yaxındır”.

Şura sədri qeyd edib ki, Azərbaycandan miqrasiya axını daha çox Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Qərbi Avropa ölkələrinədir.

A.Allahverənov qeyd edib ki, qanunsuz miqrantlarla bağlı Azərbaycan Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin həyata keçirdiyi reydlər zamanı ay ərzində 2000-2500 civarında qanunsuz miqrantlar aşkarlanır: “Onların da müəyyən bir qisminin statusu leqallaşdırılır, müəyyən bir qismi 48 saat ərzində ölkəni tərk etmək qərarı ilə üzləşir, digər qisim isə ölkədən deportasiya edilirlər”.

Son xəbərlər

Orphus sistemi