"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyində olub - FOTO

"Diplomatiya könüllüləri" Memorial Soyqırımı Muzeyində olub - FOTO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq elan olunmuş Könüllülər ili çərçivəsində Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumatlılığın artırılması, Xocalıda törədilən qətliama dair sənədlərlə tanışlıq və Xocalıda baş verənlərin soyqırım aktı olmasının hüquqi bazasına yiyələnmək məqsədilə bu ilin 24 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri qrupunun üzvlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyinə səfəri baş tutub.
Daxili siyasət
24 Fevral , 2020 21:19
Diplomatiya könüllüləri Memorial Soyqırımı Muzeyində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq elan olunmuş "Könüllülər ili" çərçivəsində Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olan "Xocalı soyqırımı" barədə məlumatlılığın artırılması, Xocalıda törədilən qətliama dair sənədlərlə tanışlıq və Xocalıda baş verənlərin soyqırım aktı olmasının hüquqi bazasına yiyələnmək məqsədilə bu ilin 24 fevral tarixində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun üzvlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyinə səfəri baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, muzeydə “Diplomatiya könüllüləri” Xocalı soyqırımı ilə bağlı sənədlər, tibbi-ekspertiza rəyləri ilə tanış olaraq hadisələrə hüquqi çərçivədən baxmaq imkanı qazanıblar. 

Eksponatlarla tanışlıqdan sonra Xocalı soyqırımının canlı şahidlərinin dilindən hadisələrin təsvir edildiyi video nümayiş olunub.

Sonda “Diplomatiya könüllüləri” muzeyin Xatirə kitabında təəsüratlarını yazmış və bu kimi səfərlərin gənclərimizin öz tarixinə olan bağlılığının artırılması və vətənpərvər Azərbaycan gəncliyinin formalaşması istiqamətində mühüm rol oynadığını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi