Yuxarı

Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvləri müəyyənləşdirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvləri müəyyənləşdiril
© Report

Nazirlər Kabineti "Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” 2015-ci il 7 yanvar tarixli 1 nömrəli Qərara dəyişiklik edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 15 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri - Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Kollegiyanın üzvləri: - Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, komitə sədrinin müavinləri, komitə Aparatının rəhbəri, komitə Aparatı rəhbərinin müavini, komitə sədrinin müşaviri, komitə Aparatının İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdiri, komitə Aparatının I ərazi şöbəsinin müdiri, komitə Aparatının II ərazi şöbəsinin müdiri, komitə Aparatının III ərazi şöbəsinin müdiri, komitə Aparatının IV ərazi şöbəsinin müdiri, komitə Aparatının Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri, komitə Aparatının Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri, komitə Aparatının Maliyyə və təminat şöbəsinin müdiri.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi