​Fəttah Heydərov deputatlığa namizədliyini irəli sürüb

​Fəttah Heydərov deputatlığa namizədliyini irəli sürüb İndiyədək 116 saylı Qəbələ Seçki Dairəsindən namizəd olmaq üçün 8 nəfər müraciət edib
Daxili siyasət
17 Sentyabr , 2015 16:10
​Fəttah Heydərov deputatlığa namizədliyini irəli sürüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov 116 saylı Qəbələ Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Bu barədə "Report"a 116 saylı Qəbələ Seçki Dairəsinin sədri Ramiz Əsədov bildirib.

O deyib ki, bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün indiyədək 116 saylı Qəbələ Seçki Dairəsinə 8 nəfər müraciət edib, onlardan 6-na imza vərəqi verilib: "Namizəd olmaq üçün müraciət edənlərin arasında Fəttah Heydərov da var".

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 116 saylı Qəbələ Seçki Dairəsindən namizəd irəli sürməyib.

F.Heydərov 1995-ci ildən deputatdır. O, ard-arda 4 dəfə Milli Məclisin deputatı seçilib və hazırda parlamentdə Regional məsələlər komitəsinin sədr müavinidir. F.Heydərov Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. 

Son xəbərlər

Orphus sistemi