Deputatlığa namizədlərə qoyulan yaş senzinin aradan qaldırılması təşəbbüsünə seçici münasibəti açıqlanıb

Deputatlığa namizədlərə qoyulan yaş senzinin aradan qaldırılması təşəbbüsünə seçici münasibəti açıqlanıb Referendumda iştirak edənlərin 88,3 faizi bu dəyişikliyi dəstəkləyib
Daxili siyasət
27 Sentyabr , 2016 03:18
Deputatlığa namizədlərə qoyulan yaş senzinin aradan qaldırılması təşəbbüsünə seçici münasibəti açıqlanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda deputatlığa namizəd olmaq istəyənlərə qoyulan yaş senzinin aradan qaldırılması ilə bağlı dəyişikliyə seçici münasibəti açıqlanıb.

“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsilə bağlı açıqladığı ilkin məlumatlara əsasən, Prezident İlham Əliyevin “85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin” təşəbbüsünə seçici münasibəti 88,3 faiz olub.

Son xəbərlər

Orphus sistemi