Deputatlar MTK-ların sakinlərdən pul yığmasına etiraz edib

Deputatlar MTK-ların sakinlərdən pul yığmasına etiraz edib Zahid Oruc: “Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir”
Daxili siyasət
13 İyun , 2017 13:47
Deputatlar MTK-ların sakinlərdən pul yığmasına etiraz edib
Report.az

Bakı. 13 iyun. REPORT.AZ/ “Yeni hündürmərtəbəli binalarda mənzil tikinti koorporativləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunarkən deyib.

O bildirib ki, birbloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: “Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. MTK-lar binadakı təmizlik işlərinə, bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.

Digər deputatlar da MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.

Son xəbərlər

Orphus sistemi