Deputat Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib

Deputat Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib O deyib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır siqaretin çəkilməsinə qadağa qoyulub
Daxili siyasət
14 Aprel , 2017 15:09
Deputat Milli Məclisin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib

Bakı. 14 aprel. REPORT.AZ/ Milli Məclisin deputatı İlham Əliyev parlamentin foyesində siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

“Report”un xəbərinə görə, İ.Əliyev bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman səsləndirib.

O deyib ki, Prezident Administrasiyasında 10 ildən artıqdır siqaretin çəkilməsinə qadağa qoyulub: “Bir müddət orada işləmişəm. Ola bilər, kimsə gizlincə çəksin. Amma deyim ki, siqaretin çəkilməsi üçün yer nəzərdə tutulmayıb. Milli Məclisin foyesində də siqaret çəkilməsinə qadağa qoyulmasını təklif edirəm”.

Son xəbərlər

Orphus sistemi