"Ölkədən kənarda yaşayan mühacirlər - Orduxan Teymurxan, Sevinc Osmanqızı və bu qəbildən olan digərləri Azərbaycanın əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar satqınlıq edirlər, erməni lobbisindən, Azərbaycanı sevməyən qüvvələrdən dəstək alırlar. Çalışırlar ki, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salsınlar".
"Report" xəbər verir ki, bunu
C.Osmanov qeyd edib ki, həmin şəxslər ölkədə aparılan uğurlu iqtisadi siyasəti görməzdən gəlirlər: "Daim qarayaxma kampaniyası aparmaqla, böhtan atmaqla məşğuldurlar. Sosial şəbəkələr vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan söyüş və təhqirlər səsləndirirlər. Təbii ki, elə satqınları Azərbaycan xalqı lənətləyir, əməllərini pisləyir. Azərbaycan nə vaxt beynəlxalq uğura imza atır, onlar hərəkətə keçirlər, əks-təbliğat aparırlar. Bunlarla bərabər, ölkə daxilində eyni mənbədən qidalanan radikal müxalifət də var. "Milli Şura" adlandırılan təşkilat, xüsusilə Cəmil Həsənli, Gözəl Bayramlı, Əli Kərimli kimi şəxslər ölkə əleyhinə təbliğat aparırlar. Azərbaycanda həyata keçirilən hər bir islahatı ləkələməyə çalışırlar. Bu il Prezident
Deputat vurğulayıb ki, Azərbaycanın hüquq-mühafizə orqanları ölkə, ölkə rəhbərliyinə şər-böhtan atanların əməllərinə hüquqi qiymət verməlidir: "İnanırıq ki, bu qiymət veriləcək, onlar qanun qarşısında cavab verəcəklər. Həmin şəxslər nə qədər gec deyil, Prezident İlham Əliyevdən və xalqdan üzr istəməlidirlər. Cinayət varsa, cəzası da var".