Deputat: Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-ü keçib

Deputat: Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-ü keçib Deputat qaçqın və məcburi köçkünlərə dövlət dəstəyinin olmasını xüsusi vurğulayıb
Daxili siyasət
17 Mart , 2017 16:20
Deputat: Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-ü keçib

Bakı. 17 mart. REPORT.AZ/ “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-ü keçib. Müraciət edənlərin əksəriyyəti də həmin kəndin sakinləridir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev deyib.
O bildirib ki, həmin kəndə tikilən evlərin sayı artırılmalıdır.
Deputat qaçqın və məcburi köçkünlərə dövlət dəstəyinin olmasını xüsusi vurğulayıb.
A.Şahverdiyev qeyd edib ki, ötən ilin aprek ayında baş verən döyüşlər Azərbaycan ordusunun gücünü göstərib.

Son xəbərlər

Orphus sistemi