​Daxili İşlər Nazirliyinin sahibkarlar üçün “qaynar xətti” fəaliyyətə başlayıb

​Daxili İşlər Nazirliyinin sahibkarlar üçün “qaynar xətti” fəaliyyətə başlayıb “1002” qısa nömrəsi “Azercell”dən alınıb
Daxili siyasət
10 May , 2015 12:39
​Daxili İşlər Nazirliyinin sahibkarlar üçün “qaynar xətti” fəaliyyətə başlayıb

“1002” qısa nömrəsi “Azercell”dən alınıb

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yeni “qaynar xətti” fəaliyyətə başlayıb. “Report” xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar polis hansısa problem yaradarsa, vətəndaşlar “1002” qısa nömrəsinə zəng vurmaqla hüquq-mühafizə orqanının həmin işçisindən və ya işçilərindən şikayət edə bilər.

Qeyd edək ki, xidməti zərurətlə əlaqədar olaraq “1002” qısa nömrəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə ayrılıb. Bunun tətbiqi ölkənin bütün operatorları üçün məcburidir. Azərbaycandakı mobil operatorlar arasında “1002” qısa nömrəsindən daha çox “Azercell” abunəçiləri istifadə edirdi. Bundan sonra “Azercell”in fakturasız (SimSim) xətt sistemindən istifadə edən abunəçiləri balans öyrənmə xidməti üçün “1002” qısa nömrəsi əvəzinə “2112” qısa nömrəsi yığmalıdır.

Son xəbərlər

Orphus sistemi