Daha bir partiya Prezident seçkilərində namizədinin təsdiq olunması üçün sənədləri MSK-ya təqdim edib

Daha bir partiya Prezident seçkilərində namizədinin təsdiq olunması üçün sənədləri MSK-ya təqdim edib Bakı. 9 fevral. REPORT.AZ/ Ağ Partiya başqanı Tural Abbaslının aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində namizədliyinin təsdiq olunması üçün tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Daxili siyasət
9 Fevral , 2018 17:57
Daha bir partiya Prezident seçkilərində namizədinin təsdiq olunması üçün sənədləri MSK-ya təqdim edib

Bakı. 9 fevral. REPORT.AZ/ Ağ Partiya başqanı Tural Abbaslının aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində namizədliyinin təsdiq olunması üçün tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

“Report”un xəbərinə görə, MSK T.Abbaslının namizədliyinin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını növbəti həftə açıqlayacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Prezidentliyə namizədliyinin təsdiq olunması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək MSK-ya təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.

Son xəbərlər

Orphus sistemi