Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət tələb edirik"

Novruz Məmmədov: "Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət tələb edirik" Bizim üçün beynəlxalq hüquq ədalətdir
Daxili siyasət
27 Aprel , 2016 09:10
Novruz Məmmədov: Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət tələb edirik

Bakı. 27 aprel. REPORT.AZ/ “Hər bir ölkənin beynəlxalq hüquqa yanaşması fərqlidir. Bizim üçün beynəlxalq hüquq ədalətdir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda təşkil edilən iclasda deyib.
N.Məmmədov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsi var, amma, bu, icra edilmir: “Böyük dövlətlərin marağına xidmət edən nə varsa, dərhal həyata keçirilir. Azərbaycanın problemi ilə bağlı heç kəs beynəlxalq hüquqdan danışmır. Dünyanın məşhur media orqanlarının da öz maraqları var, onlar böyük dövlətlərlərin siyasətlərinin iştirakçılarıdır. Yəni, beynəlxalq hüquq hər ölkənin mənafeyinə uyğun qəbul edilir. Bizim üçün beynəlxalq hüquq ədalətdir. Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət tələb edirik”.

Son xəbərlər

Orphus sistemi