Dağıstan parlamentinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək

Dağıstan parlamentinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək Dağıstan Milli Məclisinin sədri Xızrı Şıxsəidov nümayəndə heyətinə rəhbərlik edəcək
Daxili siyasət
9 Aprel , 2018 14:51
Dağıstan parlamentinin nümayəndə heyəti Azərbaycanda keçiriləcək Prezident seçkilərini müşahidə edəcək

Bakı. 9 aprel. REPORT.AZ/ Dağıstan Milli Məclisinin (parlamentinin) sədri Xızrı Şıxsəidov aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkiləri üçün Dağıstandan olan 14 beynəlxalq müşahidəçinin daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək.

"Report" Dağıstan parlamentinin saytına istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Dağıstan parlamentinin sədr müavini Kamil Davdiyev, Rusiya Dövlət Dumasının deputatları - Murad Hacıyev və Zaur Askenderov, Dağıstan parlamentinin deputatları - Nurmaqomed Əliyev, Həmid Aliqişiyev, Maqomedxan Aratsilov, Zümrüd Buçayeva, Maqomedkadi Həsənov, Seyfulla İsakov, Leyla Kərimova, Marina Kotenko, Murat Payzulayev, Murtuzəli Murtuzəliyev daxildir.

Qeyd edək ki, missiya çərçivəsində həmçinin beynəlxalq müşahidəçilərin Milli Məclisdə, Mərkəzi Seçki Komissiyasında (MSK) və Prezidentliyə namizədlərlə görüşlər keçirəcəyi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi