Prezident
“Report”un əməkdaşı xəbər verir ki, cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini Məhərrəm Qafarov bildirib ki, 1 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisədir.
Qeyd olunub ki, burada cəza çəkən şəxslər əvvəllər də cinayət törədən şəxslərdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı, ümumilikdə, 431 nəfərə şamil olunub.
Foto: Rəşad Tuncay