Yuxarı

Bu il Azərbaycanda multikultural dəyərlərə zidd fikirlərin yer aldığı 30 kitabın çapına icazə verilməyib

Bu il Azərbaycanda multikultural dəyərlərə zidd fikirlərin yer aldığı 30 kitabın çapına icazə verilməyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov

Bakı. 19 dekabr. REPORT.AZ/ “2018-ci ildə Azərbaycanda 30-a yaxın dini ədəbiyyatın çapına icazə verilməyib”.

“Report” xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, bunun əsas səbəbləri həmin kitablarda Azərbaycandakı multikultural dəyərlərə zidd olan fikirlərin yer alması və müəyyən məqsədlərlə bağlı çap edilməsi olub: "Ölkəyə idxal edilən dini ədəbiyyatların sayında müəyyən qədər məhdudiyyətlər tətbiq olunub. Həmin kitablar milli-mənəvi dəyərlərimizin əleyhinə olub, düşmənçilik yayır. Onların sayı təxminən 800-ə yaxındır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi