Yuxarı

Bu gündən prezidentliyə namizədlər qeydə alınmaları üçün sənədləri MSK-ya təqdim edə bilərlər

Bu gündən prezidentliyə namizədlər qeydə alınmaları üçün sənədləri MSK-ya təqdim edə bilərlər
Sənədlərin təqdim edilmə müddəti martın 12-də başa çatacaq
© Report

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda aprelin 11-nə təyin edilən Prezident seçkilərində nаmizədlər bu gündən qeydə alınmaları üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilərlər.

“Report” xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədləri səsvermə gününə ən çoxu 50 gün (20 fevral) qalmış Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Sənədlərin təqdim edilmə müddəti isə martın 12-də saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, Prezident seçkiləri aprelin 11-nə təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi