Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün dünyada Beynəlxalq Tolerantlıq Günü qeyd olunur.
"Report" xatırladır ki, 20 il əvvəl Parisdə UNESCO-ya üzv dövlətlərin Baş Konfransının 28-ci sessiyasında "Tolerantlıq prinsiplərinin deklarasiyası" qəbul olunub, noyabrın 16-sı isə Beynəlxalq Tolerantlıq Günü elan edilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib ki, bu gün Azərbaycan multikulturalizm siyasəti və bu sahədəki uğurları ilə dünyanın bir çox ölkələrinə, o cümlədən tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir: "Qətiyyətlə demək olar ki, Azərbaycan multikulturalizmi ölkəmizin siyasi simasının əsas cizgilərindən birinə çevrilib. Azərbaycan multikulturalizminin siyasi banisi məhz bunu istəyirdi".