BŞİH Qarabağ Komitəsinin mitinqinə icazə verməyib

BŞİH Qarabağ Komitəsinin mitinqinə icazə verməyib Bakı. 12 fevral. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Daxili siyasət
12 Fevral , 2019 15:17
BŞİH Qarabağ Komitəsinin mitinqinə icazə verməyib
Report
0 : 00
0 : 00

Bakı. 12 fevral. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin (QK) fevralın 16-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

“Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və Qarabağ Komitəsinin fevralın 16-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

BŞİH aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib. Bununla bağlı təşkilatçılara məlumat verilib.

Qeyd edək ki, Qarabağ Komitəsi fevralın 16-da “Qarabağa azadlıq” şüarı ilə keçirmək istədiyi mitinqə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışdı.

Səid Qərib

Son xəbərlər

Orphus sistemi