BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb Mitinq keçirməsinə razılıq verilib
Daxili siyasət
9 Sentyabr , 2016 10:15
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı "Report"a açıqlamasında deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və Milli Şuranın sentyabrın 11-də, saat 17:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilib.

Son xəbərlər

Orphus sistemi