BŞBPİ: Milli Şurasının mitinqində 1500 nəfər iştirak edib

BŞBPİ: Milli Şurasının mitinqində 1500 nəfər iştirak edib İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb
Daxili siyasət
8 Aprel , 2017 17:09
BŞBPİ: Milli Şurasının mitinqində 1500 nəfər iştirak edib

Bakı. 8 aprel. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının mitinqi barədə məlumat yayıb.  

BŞBPİ-dən "Report"a verilən məlumata görə, aprelin 8-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

İdarədən bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb. 

Son xəbərlər

Orphus sistemi