BŞBPİ: Milli Şuranın mitinqində 1000 nəfərədək şəxs iştirak edib - YENİLƏNİB

BŞBPİ: Milli Şuranın mitinqində 1000 nəfərədək şəxs iştirak edib - YENİLƏNİB Şuranın sədri Cəmil Həsənli mitinqə qatılmayıb
Daxili siyasət
28 Oktyabr , 2017 17:00
BŞBPİ: Milli Şuranın mitinqində 1000 nəfərədək şəxs iştirak edib - YENİLƏNİB

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.

“Report”a daxil olan məlumat bldirilib ki, oktyabrın 28-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası, həmçinin Klassik Xalq Cəbhəsi, Azərbaycan Xalq, Milli Dövlətçilik partiyalarının, eləcə də Müsavat Partiyası Gənclər Təşkilatının, Demokratiya və Rifah, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının və müxalifətyönümlü bir sıra qeyri-hökumət təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb


*** 15:38

Bakı. 28 oktyabr. REPORT.AZ/ Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirir.

“Report”un məlumatına görə, aksiyaya Milli Şura üzvləri, müxalifətyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, Şuranın üzvləri Gültəkin Hacıbəyli və və Oqtay Gülaliyev çıxış edəcəklər.

Mitinqlə əlaqədar hüquq mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Son xəbərlər

Orphus sistemi