​Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

​Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək Preziden İlham Əliyev sərəncam imzalayıb
Daxili siyasət
3 Aprel , 2015 19:42
​Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 400 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu sərəncamın birinci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 8,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini, Dövlət Sosial Müdafiə Fondu isə birdəfəlik maddi yardımın bu sərəncamın birinci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etməlidir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi