BMT Baş katibinin müavini Azərbaycana səfər edəcək

BMT Baş katibinin müavini Azərbaycana səfər edəcək Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu təşkil olunacaq.
Daxili siyasət
27 May , 2019 15:29
BMT Baş katibinin müavini Azərbaycana səfər edəcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu təşkil olunacaq. 

"Report"un xəbərinə görə, 24, 25 və 26 iyunda keçirilməsi nəzərdə tutulan forum Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq.

Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkədə təşkil olunacaq ilk BMT tədbiridir.

Tədbirdə rəsmi şəxslərin, BMT Baş katibinin müavini Lui Zenminin, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, özəl və akademik sektorun rəhbər şəxslərinin və s. iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində müxtəlif plenar sessiyalar, seminar və paralel tədbirlər və s. təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi