Yuxarı

Birinci vitse-prezidentin köməkçisi: "2018-ci ildə Azərbaycan məhkəmələrində 246 920 işə baxılıb"

​Birinci Vitse-prezidentin köməkçisi: "2018-ci ildə Azərbaycan məhkəmə
© Report / Elchin Murad — Birinci Vitse-prezidentin köməkçisi Gündüz Kərimov

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda islahatlar mütəmadi olaraq keçirilməkdədir".

"Report"un xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda davamlı islahatlar həyata keçirilir: "Son bir neçə ili götürsək 2017-ci ildə İqtisadiyyat Nazirliyi tabeliyində Kiçik və Orta Sahibkarlıq Agentliyinin yaradılması, həmin ildə Qida Təhlükəsizliyi Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaradılmasını nəzərdə tutan Fərmanın imzalanması, Dövlət Turizm Agentliyinin yaradılması, Əqli Mülkiyyət Agentliyinin yaradılması və digər tədbirlər məhz Azərbaycanda biznes mühitinin müasirləşdirilməsi, dövlət oqranları ilə fəaliyyətdə sahibkarların münasibətlərinin yaxşılaşdırılmasını nəzərdə tutur. 2018-ci ildə aparılmış islahatların hamısı növbəti addımlar üçün zəmin yaradıb. Növbəti addım isə bu gün bizim müzakirə etdiyimiz məhkəmə-hüquq sahəsində görülən işlərdir”.

G.Kərimov söyləyib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan "Məhkəmə-hüquq sahəsində islahatlarının dərinləşdirilməsi" ilə bağlı Fərmanda sahibkarlar üçün yeni imkanların yaradılmasını nəzərdə tutur.

G.Kərimov qeyd edib ki, 2018-ci ildə Azərbaycan məhkəmələrində 246 920 işə baxılıb: “Həmin işlərdən 17 307-ni inzibati işlər, 5 000-ni iqtisadi işlər təşkil edir. 2018-ci ildə Azərbaycanda birinci imstansiya məhkəmələrində 12 539 cinayət işlərinə baxılıb. Onlardan 10 172-si ittiham hökmü ilə nəticələnib, 89-u isə bəraətlə başa çatıb. Burada əsas yük rayon məhkəmələrinin üzərinə düşür. Bu işlərin də əsas xarakteri iqtisadi xarakter daşıyır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi