MSK sədri: "Bəziləri sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışır"

MSK sədri: "Bəziləri sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışır" “Bəzi dairələrin seçkilərlə bağlı qarayaxma kampaniyası aparmaq cəhdləri bütün ölkələrdə müşahidə edilir. Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı da belə oldu. Bizdə hələ də qisasçılıq, eləcə də imkan tapan kimi əsası oldu-olmadı narazılıq etmək hissi qalır”.
Daxili siyasət
26 Dekabr , 2019 11:01
MSK sədri: Bəziləri sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışır
Report

“Bəzi dairələrin seçkilərlə bağlı qarayaxma kampaniyası aparmaq cəhdləri bütün ölkələrdə müşahidə edilir. Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı da belə oldu. Bizdə hələ də qisasçılıq, eləcə də imkan tapan kimi əsası oldu-olmadı narazılıq etmək hissi qalır”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov AzTV-yə müsahibəsində deyib.

MSK sədri cəmiyyəti belə hallara diqqət etməyə çağırıb: “Hesab edirəm ki, inkişafa hələ də ehtiyac var. Bir günlük sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışmağın mənası yoxdur. Biz o qurumuq ki, 20 il ərzində bir tərəflə heç vaxt mübahisə aparmamışıq. Biz sadəcə işimizi görmüşük”. 

Son xəbərlər

Orphus sistemi