Yuxarı

Biləsuvarda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

​Biləsuvarda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib

Biləsuvar rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib.

“Report”un Muğan bürosu xəbər verir ki, anım tədbiri Biləsuvar rayon Mərkəzi parkında 20 yanvar şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

Anım mərasimində iştirak edən rayon ictimaiyyəti şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, 20 yanvar hadisələri zamanı Biləsuvar rayonundan iki nəfər - Baba Xammədov və Əlimərdan Hüseynov şəhid olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi