Biləsuvar və Cəlilabadda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - VİDEO

Biləsuvar və Cəlilabadda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - VİDEO Biləsuvar rayonunda ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.
Daxili siyasət
12 Dekabr , 2019 23:18
Biləsuvar və Cəlilabadda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - VİDEO

Biləsuvar rayonunda ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb. 

“Report”un Muğan bürosunun məlumatına görə, Heydər Əliyev Parkında Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü qeyd olunub. 

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanları, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyəti iştirak edib.

Ulu öndərə olan məhəbbətlərini ifadə edən rayon sakinləri dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra rayon sakinləri Heydər Əliyev Mərkəzində ulu öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən fotosərgilərdən ibarət muzeyi ziyarət ediblər. 

Ümummilli liderin anım günü tədbirləri çərçivəsində rayon ictimaiyyətinin, ağsaqqalların və din xadimlərinin iştirakı ilə ehsan süfrələri təşkil olunub.

Eyni zamanda Cəlilabad rayonunda da xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Rayonun minlərlə sakini şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək ulu öndərin abidəsini ziyarət ediblər. 

Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının idarə heyətinin üzvləri, ağsaqqallar, gənclər, tələbələr, məktəblilər, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri ulu öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 

Tədbirin sonunda Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

Son xəbərlər

Orphus sistemi