Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri yüksək fəallıq və bayram əhval ruhiyyəsində keçir”

Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri yüksək fəallıq və bayram əhval ruhiyyəsində keçir” Mingəçevir. 11 aprel. REPORT.AZ/ “Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı və bayram əhval ruhiyyəsində keçir”.
Daxili siyasət
11 Aprel , 2018 11:08
Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri yüksək fəallıq və bayram əhval ruhiyyəsində keçir”
Report

Mingəçevir. 11 aprel. REPORT.AZ/ “Azərbaycanda prezident seçkiləri seçicilərin yüksək fəallığı və bayram əhval ruhiyyəsində keçir”.

Bunu “Report”un Şirvan bürosuna açıqlamasında Mingəçevirdə səsvermənin gedişatını izləyən Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının üzvü, rusiyalı müşahidəçi Aleksandr Başkin bildirib.

“Əsas olan seçicilər və onların üzündəki sevincdir. Görünən odur ki, seçicilər böyük həvəslə səsvermədə iştirak edirlər. Onların qəlbində məmnuniyyət və davranışlarında bayram ab-havası var. Bütün Azərbaycan prezident seçkilərini əsl bayram kimi qeyd edir. Etiraf edim ki, seçici fəallığı hər addımda özünü biruzə verir. Məsələn, seçkilərin ilk anını müşahidə etməyə hazırlaşarkən bağlı qapılar önündə seçicilərin necə növbəyə düzüldüyünü müşahidə etdim. Bu, əlbəttə, təqdirə layiq haldır”.

Qeyd edək ki, hazırda Mingəçevirdə seçkiləri ATƏT və Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatından 7 beynəlxalq müşahidəci izləyir.

Son xəbərlər

Orphus sistemi