Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub Bərdə rayonunun Mərkəzi meydanında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
Daxili siyasət
15 İyun , 2019 00:55
Bərdədə Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

Bərdə rayonunun Mərkəzi meydanında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

"Report" un Qarabağ mərkəzi xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tədbiri açaraq Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışıb, o zaman ölkədə baş verən hadisələri bir daha xatırladıb. Bildirib ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtulub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlayıb, əmin-amanlığa və siyasi sabitliyə nail olub.

V.İsayev qeyd edib ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, günü-gündən çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Tədbir Regional Bərdə Mədəniyyət İdarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi