Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya 52 müraciət daxil olub"

Məzahir Pənahov: "Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya 52 müraciət daxil olub" Bələdiyyə seçkiləri ilə bağlı səsvermə günü də daxil olmaqla bu günə qədər MSK-ya ümumilikdə 52 müraciət daxil olub.
Daxili siyasət
2 Yanvar , 2020 14:54
Məzahir Pənahov: Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya 52 müraciət daxil olub
Report

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə günü də daxil olmaqla bu günə qədər MSK-ya ümumilikdə 52 müraciət daxil olub.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu bələdiyyələrin ümumi sayının 1 faizini əhatə edir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.

Son xəbərlər

Orphus sistemi