Biləsuvar və Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbirlər keçirilib - YENİLƏNİB

Biləsuvar və Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbirlər keçirilib - YENİLƏNİB Biləsuvar. 28 dekabr. REPORT.AZ/ Biləsuvar və Cəlilabad rayonlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbirlər keçirilib.
Daxili siyasət
28 Dekabr , 2018 00:53
Biləsuvar və Cəlilabadda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbirlər keçirilib - YENİLƏNİB
Foto: "Report"

Biləsuvar. 28 dekabr. REPORT.AZ/ Biləsuvar və Cəlilabad rayonlarında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə tədbirlər keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar rayonunda tədbir Heydər Əliyev adına parkda baş tutub. Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların, ümumtəhsil müəssisələrinin, uşaq bağçaların kollektivləri iştirak edib. M.Quliyev çıxış edərək bildirib ki, 2018-ci ildə rayonda və ümumilikdə respublikamızın mədəni həyatında əhəmiyyətli hadisələr baş verib. O, həmçinin rayonda aparılan geniş sosial-iqtisadi inkişaf, görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.

Bayram tədbiri rayonun tanınmış incəsənət xadimlərinin ifasında musiqilərlə davam edib.


*** 00:11

Cəlilabad. 28 dekabr. REPORT.AZ/ Cəlilabad rayonunda da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. N.Zeynalov çıxış edərək tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib.

Tədbirdə həmçinin digər şəxslər də çıxış edərək rayon ictimaiyyətini bayram münasibətilə təbrik ediblər.

Bayram tədbiri geniş konsert proqramı ilə davam edib.

Son xəbərlər

Orphus sistemi