Baş Prokurorluqda mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqə başa çatıb

Baş Prokurorluqda mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqə başa çatıb Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib
Daxili siyasət
26 May , 2017 13:11
Baş Prokurorluqda mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqə başa çatıb

Bakı. 26 may. REPORT.AZ/ Baş Prokurorluq tərəfindən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurulub.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənən ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar bu ilin aprelin 18-də elan edilən müsabiqə başa çatıb. 

Müsabiqədə iştirak etmək üçün müraciət edən 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb.

Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılan komissiya tərəfindən mayın 24-də Baş Prokurorluqda müsahibə keçirilib.

Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.

Son xəbərlər

Orphus sistemi