Baş Prokurorun müavini: "Baş Prokurorluq Ali Məhkəmə və Ədliyyə Nazirliyinə 200-dən çox təklif göndərib"

Baş Prokurorun müavini: "Baş Prokurorluq Ali Məhkəmə və Ədliyyə Nazirliyinə 200-dən çox təklif göndərib" Vəkillər Kollegiyası ilə Prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib.
Daxili siyasət
31 May , 2019 11:14
Baş Prokurorun müavini: Baş Prokurorluq Ali Məhkəmə və Ədliyyə Nazirliyinə 200-dən çox təklif göndərib

"Vəkillər Kollegiyası ilə Prokurorluq orqanları arasında yeni əməkdaşlıq mərhələsinə start verilib".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Baş Prokurorun müavini Namiq Əsgərov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında deyib.

O qeyd edib ki, Azərbaycanda 1500 vəkil, 1200 prokurorluq əməkdaşı var: "Vəkil və prokurorluq münasibətləri bu gün çox yaxşı vəziyyətdədir. Mən şadam ki, bu gün vaxtilə prokuror işləmiş insanlar vəkil kimi fəaliyyət göstərirlər".

O bildirib ki, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı Fərmanda Baş Prokurorluğa iki tövsiyə də yer alıb: " Baş Prokuror Zakir Qaralovun göstərişi ilə Baş Prokurorluqda 15 nəfərdən ibarət işçi qrupu yaradıldı. Göstəriş verildi ki, Prezidentin Fərmanının icrası ilə əlaqədar qanun layihəsi hazırlansın. Baş Prokurorluq bütün qurumlara məktub göndərdi. Hər bir Prokurorluq işçisinə bununla bağlı təkliflərini verməsini xahiş etdi. İşçi qrup fəaliyyətini başa çatdırıb. Mayın 2-də artıq biz öz təkliflərimizi tamamladıq, 200-dən çox təklif həm Ali Məhkəmə, həm də Ədliyyə Nazirliyinə göndərildi. Hazırda Ali Məhkəmə, Ədliyyə Nazirliyi və Baş Prokurorluğun işçiləri birlikdə fərmanda qeyd olunan məsələləri yekunlaşdırmaq üzrədir. Layihə aidiyyatı üzrə göndəriləcək”.

Son xəbərlər

Orphus sistemi