Yuxarı

Baş nazirin müavini: "Sahibkarlar qanunvericilikdəki boşluqdan istifadə edərək vergidən yayınırlar"

Baş nazirin müavini: "Sahibkarlar qanunvericilikdəki boşluqdan istifadə edərək vergidən yayınırlar"
Əli Əhmədov: “Bu da vergilərdən yayınmaya, sosial problemlərin yaranmasına gətirib çıxarır”
© Report/ Elshan Baba

Bakı. 30 noyabr. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nında proritet istiqamətlər göstərilib". 

"Report"un xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, tədbirlər planında əsas istiqamətlərdən biri qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün daha çevik hüquqi bazanın yaradılmasından ibarətdir. 

Baş nazirin müavini bildirib ki, əgər qanunvericilikdə hər hansı boşluqlar varsa, sahibkarlar bundan istifad edərək əmək müqaviləsi olmadan insanları işlədirlər. Ə.Əhmədovun sözlərinə görə, bu gün qanunvericilikdə belə bir boşluq var və sahibkarlar bundan istifadə etməklə əmək müqaviləsi bağlamaqdan yayınırlar: “Bu da vergilərdən yayınmaya, sosial problemlərin yaranmasına gətirib çıxarır”.

Baş nazirin müavini qeyd edib ki, istiqamətlərdən biri də inzibatçılığın və nəzarət mexanizminin təkmilləşdirilməsidir: “Azərbaycanda qanunvericilikdə qeyri-rəsmi məşğulluğa görə o qədər də sərt olmayan cərimələr nəzərdə tutulub: "Avropa ölkələrində isə qeyri-rəsmi məşğulluğa görə daha sərt tədbirlər həyata keçirilir. Bu mənada bizim sərt olmayan cərimələr sistemimiz mövcuddur, ancaq ola bilsin bunlara yenidn baxılacaq. Həmçinin nəzarət mexanizminin gücləndirilməsinə diqqət ayrlacaq. Təbliğat və monitorinq tədbirləri həyata keçiriləcək. Elə nəzarət mexanizmi həyata keçirməyə çalışırıq ki, yoxlamalar olmadan qeyri-məşğulluğu ortaya çıxaraq”. 

 Ə.Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğa ticarət, iaşə, xidmət sahəsində daha çox rast gəlinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi